Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu duzla müalicə üsulu ilə bağlıdır.
Xalq təbabətində duzla bir çox xəstəliklər müalicə olunur.
Maraqlıdır, görəsən, hansı xəstəliklər duz vasitəsilə müalicə olunur?
Lent.az-ın xəbərinə görə, həkim Andrey Tyajelnikov bildirib ki, duz xalq təbabətində qədimdən qarqara, vanna, sarğı və kompress kimi istifadə olunur.
Onun sözlərinə görə, duz bakteriyaların inkişafını azaldır:
"Burunun və boğazın duzlu məhlulla yuyulması infeksiyaların profilaktikası üçün təsirlidir. Çünki burun infeksiyalar üçün açıq qapıdır. Bağırsaq infeksiyaları, ishal, zəhərlənmə və susuzlaşma zamanı də azca duz qatılmış su içmək laızmdır, bu elektrobalansı bərpa edib, bağırsaqları təmizləyəcək".