Hansı qidaların tərkibində E vitamini var?
23 fevral 2023 10:26 (UTC +04:00)

Hansı qidaların tərkibində E vitamini var?

E vitamini bədənin gündəlik funksiyaları üçün zəruri olan tokoferol adlanan əsas vitaminlərdən biridir. O müxtəlif formalarda yağda həll olunan vitamindir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, E vitamini immunitet sistemini gücləndirməkdə çox təsirlidir. 

Beyin, göz, dəri və qan dövranı sisteminin sağlamlığı üçün vacib qida birləşməsi olan E vitamini, həmçinin aterosklerozdan qorumağa da kömək edir. Vitamin E bioloji antioksidantdır  və damar xəstəliklərinin, xərçəngin qarşısının alınması üçün lazımlıdır.  Hətta E vitamini hüceyrələrin yenilənməsini təmin edərək qocalmanı gecikdirir.

Yaşlanma əleyhinə olaraq bilinən E vitamini Alzheimer xəstəliyinin təsirini azaldır, dəri yaralarının tez sağalmasını, dərinin parlaq görünüşünü və qırışların azalmasını təmin edir.

Bəs, E vitamini əsasən hansı qidaların tərkibində olur? 

E vitamini ən çox bitki mənşəli yağlarda, qoz-fındıq, toxum, meyvə və tərəvəzlərdə olur. Tərkibində E vitamini olan qidalardan bəziləri aşağıdakılardır: 

Fıstıq;

Günəbaxan, zəfəran və soya yağı;

Günəbaxan tumu;

Buğda rüşeym yağı;

Avokado;

Badam;

Çuğundur göyərti, xiyar göyərti, ispanaq;

Balqabaq;

Qırmızı bolqar bibəri;

Qulançar;

Manqo.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2955
avatar

Sevinc Fərid

Oxşar yazılar