Hamamda  bu vərdişdən   çəkinmək lazımdır - AÇIQLAMA
08 may 2022 05:03 (UTC +04:00)

Hamamda bu vərdişdən çəkinmək lazımdır - AÇIQLAMA

Rusiyalı tibb elmləri namizədi, həkim Aleksey Xuxrev hamamda spirtli içki qəbul etməyin riskləri barədə xəbərdarlıq edib. 

Lent.az xəbər verir ki, bu barədə o, “Sputnik” radiosuna müsahibə verib.

Həkim qeyd edib ki, hamama getmək insana həm fayda, həm də zərər verə bilər. 

Buxar hamam həvəskarının bədənində narahatlıq hissi yaradarsa dərhal buxar otağını tərk etmək tövsiyə edilir.

“Əgər zəiflik, susuzluq hiss yaranıb nəfəs almaq çətinləşirsə təcili olaraq havalandırması olan otağa keçməli və sərin duş qəbul etməlisiniz”,- deyə həkim qeyd edib.

Xuxrev onu da bildirib ki, spirtli içkini hammamda qəbul etmək düzgün deyil.

O, bir çox insanların hamamda pivə içmək kimi vərdişlərinin orqanizmin temperatur balansının pozulmasına gətirib çıxardığını deyir.

“Alkoqol içdikdən sonra buxar otağına girmək ziyandır. Sadə su içmək daha yaxşıdır”, - deyə həkim əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4266
avatar

Oxşar yazılar