Gecə yatmaq üçün ideal vaxt hər bir insan üçün fərdidir və onu hesablayıb tapmaq mümkündür.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu nevroloq Endryu Huberman deyib.
Nevroloqun sözlərinə görə, günortadan sonra 14:30 və ya 15:00-da enerjiniz azalırsa bu əvvəlki gecə yuxu problemi və ya ağır bir şam yeməyi ilə əlaqədardır. Nevroloq bildirib ki, ideal yuxu vaxtı enerjinin azaldığı həmin saatdan 6-7 saat sonradır.
Həkimin nəzəriyyəsi belədir ki, əgər insan saat 15 radələrində yorğunluq hiss etməyə başlayırsa, o, axşam saat 21:00-22:00 arasında yuxuya getməlidir.
Eyni zamanda yuxu mütəxəssisi Maks Kirsten qeyd edib ki, yuxu üçün ideal vaxt fərqlidir. Səhər rahat oyanmaq üçün 7-9 saat əvvəl yatmaq ən yaxşısıdır. Sağlam yuxunun açarı hər gecə eyni vaxtda yatmaqdır.