Günəbaxan tumlarını sevən qadın dil xərçənginə  tutuldu
16 oktyabr 2024 15:52 (UTC +04:00)

Günəbaxan tumlarını sevən qadın dil xərçənginə tutuldu

Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərində günəbaxan tumlarını sevən qadın xərçəngə tutulub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 75 yaşlı qadın bu yaxınlarda dil xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə tumları sındırmağı xoşladığını deyib. O, bir anda dilində yara gördüyünü və sonradan kiçik bir xoraya çevrildiyini söyləyib.

Dil şişməyə başlasa da, əvvəlcə qadın buna əhəmiyyət verməyib. Şiş bir neçə dəfə böyüyüb iri alça ölçüsünə çatanda yaxınları onu həkimə aparıblar.

Qadına 2-ci mərhələdə çoxhüceyrəli xərçəng diaqnozu qoyulub. O, cərrahiyyə əməliyyatı tələb edib, bu müddət ərzində onkoloqlar dil rezeksiyası ediblər. Nəticədə dilin bir hissəsi kəsilərək götürülüb, lakin bu, xəstənin nitqinə təsir göstərməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4200
avatar

Oxşar yazılar