Həkim dietoloq Anastasiya Yefremova insanın görmə qabiliyyətini yaxşılaşdıran, gözlərə faydası olan məhsullar barədə danışıb.
Lent.az-ın xəbərinə görə, həkim sink, antioksidant, vitamin və mineralların, Omeqa 3 yağının, xüsusilə A, C, E vitaminlərinin gözlərdə katarakt riskini azaltdığını və yaşla əlaqədar yaranan makulyar degenerasiyanın qarşısını aldığını bildirib.
O qeyd edib ki, həmin maddələri qida əlavəsi kimi yox, elə ərzaq məhsullarından almaq daha faydalıdır.
Həkim yerkökü, bolqar bibəri, şaftalı, ispanaq, yemiş, manqo, şirin kartof, brokkoli, kələm, pomidor, qarğıdalı, portağal və yumurtada gözü qidalandıran maddələrin çox olduğunu bildirib.
“Qırmızı ət, quş əti, paxlalı bitkilər, qoz sinklə zəngindir. Onları yemək sözün həqiqi mənasında gözə işıq gətirir”, deyə həkim bildirib.