Gənəgərçək yağı Afrika, Hindistan və Cənubi Amerikada rast gəlinən, gənəgərçək bitkisindən əldə edilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu yağ, saç, dəri və kirpikləri nəmləndirir. Gənəgərçək yağının bundan əlavə bilmədiyimiz bir çox faydaları var.
1. Qaş və kirpikləri gücləndirir
Hər gün bir az gənəgərçək yağı sürtmək kirpiklərinizi və qaşlarınızı qidalandırmağa kömək edə bilər. Nəmləndirici faydalarına görə gənəgərçək yağı saçları qalınlaşdırmağa kömək edə bilər.
2. Saçı parıldadır
Təmiz gənəgərçək yağını həftədə iki-üç dəfə saçlarınızın uclarına çəkin, Müntəzəm tətbiq etməklə saçlarınızın hamar və parlaq olduğunu görəcəksiniz.
3. Dərini nəmləndirin
Dizlərinizə, dirsəklərinizə və digər quru nahiyələrə gənəgərçək yağı çəkin. Lazım olduqda gündə bir və ya iki dəfə də istifadə edilə bilər.
4. Dırnağı qidalandırır
Dırnaqlarınızı gücləndirmək və qidalandırmaq üçün pambığa gənəgərçək yağını tökün və barmaqlarınızı masaj edin.