Məşhur aktyor niyə özündən 20-30 yaş kiçik  xanımlarla birlikdə olur?
18 avqust 2025 09:41 (UTC +04:00)

Məşhur aktyor niyə özündən 20-30 yaş kiçik xanımlarla birlikdə olur?

Leonardo Di Kaprio, noyabr ayında 50 yaşı tamam olsa da, o, açıqlamalarından birində ə özünü 32 yaşında hiss etdiyini etiraf edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyor zarafatla “emosional olaraq” 35 yaşımı ötən il qeyd etdim bildirib.

Di Kaprio özü bildirir ki, yaş artdıqca həyata baxışı dəyişib: “50-dən sonra anlayırsan ki, vaxtını boş yerə sərf etmək istəmirsən. Həqiqi və birbaşa olmaq lazımdır, hətta bu münasibətlərin pozulması və ya insanlarla şəxsi və ya peşəkar müstəvidə yolların ayrılması bahasına başa gəlsə belə.”

Aktyor etiraf edib ki, bu yanaşmanı anasından öyrənib: “O, nə düşünürsə, açıq şəkildə deyir və heç vaxt özünü başqa cür göstərmir”.

Hazırda Di Kaprio 27 yaşlı model Vittoria Çeretti ilə münasibətdədir. Onlar 2023-cü ildən birlikdədirlər. Ondan əvvəl isə onun Cici Hadid, Kamila Morrone, Nina Aqdal, Toni Qarnn və başqa modellərlə münasibətləri olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar