Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, avqustun 13-də 27 yaşlı Məmmədov Hüseyn Bəhrəm oğlunun idarə etdiyi "Mercdes" markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən, 63 yaşlı Quliyeva Mehriban Əli qızını vurub.
Piyada kəllə-beyin travması alaraq xəstəxanaya müraciət edib. Həkimlərinm səyinə baxmayaraq, xəstə avqustun 17-də vəfat edib.