Gecə acanda bunları YEYİN   - Arıqlamaq istəyənlərə  MƏSLƏHƏT
09 iyul 2021 18:57 (UTC +04:00)

Gecə acanda bunları YEYİN - Arıqlamaq istəyənlərə MƏSLƏHƏT

Axşam yeməyindən sonra bir çoxları əlavə qidalar qəbul etmək istəyirlər. Psixoloqlar bunu stress, gərginlik və vərdişlə əlaqələndirirlər. Bu zaman düzgün qidalar seçmədikdə artıq çəki problemi yaşana bilər. 

Lent.az  xarici KİV-ə istinadən gecə gec saatları üçün düzgün qidaları təqdim edir: 

Saçaqlı pendir 

Qismən yağsız saçaqlı pendir, gecə yarısı üçün əla qidadır. Təxminən 100 kaloridir və 7 qram protein “bəxş” edir. 

Ləpələr

Gecə aclığının qarşısını almaq, rahat yuxu üçün ləpələr hər zaman məsləhəhət görülür. 

Meyvəli qatıq

Yağsız qatığa əlavə edilmiş meyvələr toxluq hissi yaradır. 

Popkorn

Səhərə qədər toxluq hissi yaradan qidalardan biri də popkorndur. Hazırlayan zaman tərkibinə diqqqət etməklə, artıq çəkidən xilas olmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3471
avatar

Nigar Adil

Oxşar yazılar