Formada qalmaq istəyənlər hər gün bunu yeməlidir
28 noyabr 2023 15:22 (UTC +04:00)

Formada qalmaq istəyənlər hər gün bunu yeməlidir

Piylənmə bütün dünyaya böyük problemə çevrilib. Alimlər daim piylənmənin qarşısını alan üsullar axtarır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı dietoloq Dmitri Nikitük artıq çəki və piylənmənin qarşısını almaq üçün hər gün sup yeməyi tövsiyə edir.

Alimin müşahidələrinə görə, hər gün sup yeyən insanlar arasında piylənməyə 3 dəfə daha az rast gəlinir. Dietoloq həmçinin vurğulayır ki, sup bağırsaqların mikroflorasına da çox müsbət təsir edir.

Nikitükun sözlərinə görə, sup şam yeməyi üçün ən yaxşı variantdır. İnsan həm doyur, həm də artıq kalori almır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5172
avatar

Fidan İlqar

Oxşar yazılar