Erkən ölüm və ürək-damar xəstəlikləri riskini azaldır - gündə 11 dəqiqə...
01 mart 2023 17:15 (UTC +04:00)

Erkən ölüm və ürək-damar xəstəlikləri riskini azaldır - gündə 11 dəqiqə...

Kembric Universitetinin British araşdırması, sürətli yerimə, rəqs etmək, velosiped sürmək, tennis oynamaq və ya gəzintilərin erkən ölüm, ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini müəyyən edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tədqiqatda qeyd olunub ki, hər gün 11 dəqiqəlik sürətli gəzinti vaxtından əvvəl ölümün qarşısını ala bilər ki, bu da həftədə 75 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətə bərabərdir.

Bu kontekstdə 94 böyük tədqiqat qrupunda 30 milyondan çox iştirakçını əhatə edən 196 rəydən keçmiş məqaləni nəzərdən keçirən tədqiqatçılar, daha sonra fiziki fəaliyyət səviyyələri ilə ürək xəstəliyi, xərçəng və vaxtından əvvəl ölüm riski arasındakı əlaqəni araşdırıblar.

İngiltərənin Milli Sağlamlıq Sistemi hər həftə ürək döyüntüsünü artıran 150-300 dəqiqə fiziki fəaliyyət və ya tənəffüs sürətini artıran həftədə 75-150 dəqiqə güclü fəaliyyət etməyi tövsiyə edir.

Kembric Universitetinin tədqiqatına rəhbərlik edən doktor Soren Breyq, mövzu ilə bağlı verdiyi açıqlamada, bəzi fiziki fəaliyyətlə məşğul olmağın heç bir şey etməməkdən daha yaxşı olmasını və bunun həm də yaxşı bir başlanğıc olduğunu söyləyib.

Kembric Universitetinin professoru doktor Ceyms Vudkok isə “Biz bilirik ki, gəzinti və ya velosiped sürmək kimi fiziki fəaliyyətlər sizin üçün faydalıdır. Xüsusən də onların ürək döyüntüsünüzü artırdığını düşünürsünüzsə. Amma bizim aşkar etdiyimiz odur ki, hətta gündə yalnız 10 dəqiqə bu hərəkəti edə bilsəniz belə, ürək sağlamlığınızı və xərçəng riskinizi artıra bilərsiniz”, deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar