İngiltərədə alimlər süni qan istehsal ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar laboratoriyada istehsal etdikləri süni qanı insanlara köçürüblər.
Kök hüceyrələrdən yetişdirilən qanın xüsusilə talassemiya və oraq hüceyrə xəstəlikləri üçün böyük üstünlük təmin edəcəyi bildirilib.