Dövlət xəstəxanalarındakı ödənişli tibbi xidmətlərin  SİYAHISI
06 oktyabr 2022 15:31 (UTC +04:00)

Dövlət xəstəxanalarındakı ödənişli tibbi xidmətlərin SİYAHISI

Azərbaycan Prezidentinin 2022-ci il mayın 13-dəki  1677 saylı fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələriində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin və sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, bu sənəd birliyin Müşahidə Şurasının 2 saylı protokolu ilə təsdiqlənib.

Tibbi xidmətlərlə bağlı vahid tarif siyahıları ödənişli əsaslarla göstərilən tibbi xidmətlər üzrə hesabatlılığı və şəffaflığı təmin edəcək. Siyahı ilə bu linkdən tanış ola bilərsiniz. Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən bütün ölkə vətəndaşları ödənişsiz şəkildə istifadə edə bilərlər.

Bunun üçün vətəndaşların TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmələri kifayətdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2490
avatar

Fidan İlqar

Oxşar yazılar