Dişlərin saralmasının SƏBƏBLƏRİ
19 iyun 2022 18:45 (UTC +04:00)

Dişlərin saralmasının SƏBƏBLƏRİ

Rusiyalı stomatoloq Vladimir Losyev dişlərin saralmasının səbəblərini açıqlayıb.

Lent.az-ın “lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, mədənin turşuluğunun artmasına diqqət yetirilməlidir.

Çünki mədə turşuluğunun artması nəticəsində diş minası incəlir. Bundan əlavə, tüpürcəklə bağlı problemlər dişin görüntüsünü dəyişdirən “lövhə” meydana gətirə bilər.

Siqaret çəkmək kimi zərərli vərdişlər də dişlərin saralmasına yol açır. O cümlədən qırmızı şərab, tünd çay, kofe də son nəticədə dişləri saraldır. Suşi həvəskarları üçün bu baxımdan bəd xəbər var. Suşidə istifadə edilən soya sousu da dişlərə mənfi göstərir.

O da nəzərə alınmalıdır ki, dentin sarımtıl rəngə malikdir. Buna görə də diş minasının üst təbəqəsinin aşınması və incəlməsi ilə dişlərin saralması ən çox müşahidə olunan haldır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3957
avatar

Oxşar yazılar