DİQQƏT!   Bu xəstəliklər psixologiyaya təsir edir
14 mart 2023 19:35 (UTC +04:00)

DİQQƏT! Bu xəstəliklər psixologiyaya təsir edir

Nyu-York Universitetinin mütəxəssisləri diabet, diş itkisi ilə insan psixologiyası arasında əlaqə tapıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, vaxtında diş müalicəsi, eləcə də şəkər xəstəliyinə nəzarət psixi funksiyanın pisləşməsini və Alzheimer xəstəliyi riskini azaltmağa kömək edir.

Alimlər 75 yaşdan yuxarı 12 qocanın məlumatlarını yaşa görə təhlilini aparıblar. Onlara diş itkisi, şəkərli diabet və digər tibbi amillərlə bağlı suallar verilib. Bütün dişlərini itirmiş insanlar xüsusi maraq doğurub. Məlum olub ki, 65-84 yaş arası şəkərli diabet və tam diş itkisi olan xəstələrin psixoloji vəziyyətləri heç bir xəstəliyi olmayan iştirakçılara nisbətən daha pisdir. 

Məlumdur ki, diabet idrak qabiliyyətinin azalması və demansiya üçün risk faktorudur. Bunun səbəbi yüksək qan şəkəri, insulin müqaviməti, iltihab və əlaqəli ürək xəstəlikləri beyində dəyişikliklərə kömək edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Arzu Qurbanlı

Oxşar yazılar