DİQQƏT!   "Bu qidalar uşaqlarda xəstəlik yaradır"
27 yanvar 2023 19:24 (UTC +04:00)

DİQQƏT! "Bu qidalar uşaqlarda xəstəlik yaradır"

Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə, yuxusuzluq, stress və ürək xəstəliklərə daha çox rast gəlinir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, uşaq kardioloqu Sinem Altunyuva Usta uşaqlarda ürək üçün təhlükəli olan qidaların adını açıqlayıb.

Həkim bildirib ki, piylənmə uşaqlarda ən çox rast gəlinən xroniki xəstəlikdir:

“Araşdırmalara görə, dünyada 5-17 yaş arası uşaqların təxminən 20-25 faizi artıq çəki və ya piylənmədən əziyyət çəkir. Uşaqların ürək sağlamlığını qorumaq üçün valideynlərin üzərinə çox mühüm vəzifələr düşür. Hazırda valideynlərin əksəriyyəti uşaqlarını sağlam qidalandırmır”.

Onun sözlərinə görə, qablaşdırılmış desertlər, dondurmalar, tərkibində yüksək miqdarda şəkər olan qazlı içkilər, soyuq çaylar, rəngli və meyvəli südlər kimi qəlyanaltılar ürək-damar xəstəliklərinin inkişafını asanlaşdıra bilər:

“Bu səbəbdən də uşaqların bu cür qidaları istehlak etməsinin qarşısını almaq lazımdır. Hər kəsə məlumdur ki, tərəvəz və paxlalı bitkilərin istehlakı uşaqların ürək-damar sağlamlığı üçün çox vacibdir. Tərəvəzlər tərkibində az yağ olması ilə yanaşı, zəngin lif, fol turşusu, kalsium, kalium və pis xolesterini (LDL xolesterini) aşağı salan C vitamini sayəsində ürək-damar sağlamlığını qoruyur.

Kartof qızartması uşaqların, eləcə də böyüklərin ürək-damar sağlamlığını təhdid edir. Qızartmaq və qovurmaq əvəzinə, qaynatmaq, öz şirəsində bişirmək daha arzuolunandır. Beləliklə, siz nəinki həddindən artıq yağ qəbulunu məhdudlaşdırırsınız, həm də qida dəyərini artırmaqla uşaqların ürək-damar sağlamlığını qorumuş olursunuz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616
avatar

Arzu Qurbanlı

Oxşar yazılar