DİQQƏT:   Bu hisslər yoluxucudur
15 sentyabr 2021 19:22 (UTC +04:00)

DİQQƏT: Bu hisslər yoluxucudur

Duyğuların da yoluxucu olduğunu bilirdinizmi?

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, insanlar ətrafdakıların duyğularından təsirlənirlər. Bu hislərin yaxşı və ya pis olmasının heç bir əhəmiyyəti yoxdur. Ətrafındakılar hazırda hansı hissi keçirirlərsə, bu birbaşa sənin də əhvalına təsir edir. Amma biz xoşbəxtlik hislərindən bəhs edəcəyik. Yoluxucu olan xoşbəxtlik hisləri ilə siz də tanış olun.  

Gülmək

Bir araşdırmaya görə gülüş yoluxucudur. Söhbətin məzmununu bilməsəniz də, beyniniz gülüş səsinə avtomatik cavab verir və üz əzələlərini gülümsəməyə hazırlayır.

Mərhəmət

Bir-birimizə mərhəmət və sevgi ilə bağlıyıq. Başqalarında bu hissi görəndə xoşbəxt oluruq. Kimsə xeyir-dua alanda, başqalarına yaxşılıq etmək məcburiyyətində qalırlar. Nəticədə qarşısındakı insana mərhəmətlə yanaşırlar.

Sevinc

Əhvalınız pisdir? Şən dostlarınızla ünsiyyət qurun. İnsanların sevinci ətrafındakı ən yaxın insanlardan asılıdır. Ətrafınızda xoşbəxt insanlar varsa, özünüzü daha xoşbəxt hiss edəcəksiniz.

Optimizm

Optimizm də yoluxucu bir duyğudur. Müsbət insanlar tez-tez ətraflarına parlaq mənbələr kimi görülür. Pessimist insanlar isə “enerji vampirləri” sayılırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar