DİQQƏT!   Bayramda şirniyyatları bu cür saxlayın – MÜTƏXƏSSİS DANIŞDI
09 mart 2023 15:00 (UTC +04:00)

DİQQƏT! Bayramda şirniyyatları bu cür saxlayın – MÜTƏXƏSSİS DANIŞDI

“Şəkərbura və paxlava riskli, kremdən hazırlanmayan məhsullar olmadığı üçün bu cür məhsulların saxlanma müddəti uzundur”. 

Bu sözləri Lent.az-a açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu məhsulların saxlanma şəraiti elə olmalıdır ki, onların keyfiyyəti aşağı düşməsin:

“Şəkərbura və paxlavanı quru və sərin şəraitdə saxlamalıyıq. Əgər, soyuqda saxlasaq, sulanacaq, dadında dəyişikliklər olacaq. Bu kimi şirniyyatları çox vaxt parçalara və ya bezlərə büküb saxlayırlar. Ən yaxşı halda bu məhsullar 3 gün ərzində istehlak edilməlidir. Şəkərbura və paxlavadan başqa tərkibində süd məhsulları olan şirniyyatlar otaq temperaturunda saxlanılmamalıdır. Çünki bu məhsullar birbaşa çirklənməyə məruz qala bilər. Süd məhsulları ilə hazırlanmış şirniyyatların soyuducuda mühafizə olunması daha məqsədəuyğundur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Arzu Qurbanlı

Oxşar yazılar