Usta aşbaz Erdin İbrahim İbrahim badımcan haqqında hər kəsin bilməsi lazım olan bəzi məqamları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aşpazın sözlərinə görə, badımcanın tərkibində C vitamini, K vitamini, B6 vitamini, tiamin, niasin, maqnezium, fosfor, mis, pəhriz lifi, fol turşusu, kalium var.
Onun sözlərinə görə, badımcan heç vaxt çiy istehlak edilməməlidir:
“Badımcan düzgün bişirilməsə və ya birbaşa çiy istehlak edilərsə, zəhərləyə bilər. Üstəlik, bunun adi qida zəhərlənməsindən bir az daha ciddi olduğunu söyləmək lazımdır. Badımcanın rəngini qorumaq üçün limon, duz və sudan istifadə edə bilərsiniz.
Badımcanları kəsdikdən sonra vaxt itirməyin və soyuq suya qoyun. Üzərinə bir az duz səpin. Bir neçə dəqiqə gözlədikdən sonra badımcanların üstünü limonla yaxşıca ovuşdurun. Bişməzdən əvvəl badımcanları bir neçə dəfə yuyun və səthlərini yaxşıca qurudun. Gözləmədən bişirmə mərhələsinə keçin, əks halda badımcanlar qaralmağa başlayacaq. Badımcanları bir müddət saxlayacaqsınızsa, soyulmuş hissələrinə limon əlavə etməyi unutmayın”.