Dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər? - CAVAB
07 fevral 2023 15:11 (UTC +04:00)

Dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu hava şəraitin dəyişməsinin baş ağrısına təsiri ilə bağlıdır. 

Baş ağrısı bir çox insanlarda görülə bilən və əksəriyyətinin həyatının müxtəlif mərhələlərində qarşılaşdığı, həll yolu axtardığı bir problemdir. Baş ağrısı yaşayan insanları ən çox narahat edən şey bu ağrıya səbəb ola biləcək faktorlar və xüsusilə beyin şişi qorxusudur.

Maraqlıdır bəs, dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər?

Lent.az-ın rubrikasının sualını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyə Məmmədova cavablandırıb.

Onun sözlərinə görə, meteohəssaslıq adlanan bu vəziyyət ümümi mərkəzi sensitivlik sindromlarına aiddir:

"Bu sindromlar siyahısına miqren ağrıları da aiddir. Bu zaman sindromdan əziyyət çəkənlərdə normadan artıq həssaslıq müşahidə olunur. Eyni zamanda, müxtəlif qıcıqlar, ətraf mühitdə baş verən dəyişikliklər və stressə qarşı reaksiya çox olur"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Fidan İlqar

Oxşar yazılar