İngilis kosmetoloqu Pamela Benito dərinin cavanlaşması üçün beş əsas vasitəni açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, A vitamininin bir forması olan retinoidlər bu məqsədə çatmağa kömək edəcək.
Onlar hüceyrə dövriyyəsini və hüceyrə artımını stimullaşdırır, sızanaq və sedef xəstəliyinin müalicəsində istifadə olunur, həmçinin dərinin görünüşünü yaxşılaşdırır.
Eyni zamanda, C vitamini, hialuron turşusu və B3 vitamininin bir forması olan niasinamid qocalma ilə mübarizədə təsirli olur. Bu maddələr məsamələrin daralmasına, qırışların hamarlanmasına və piqmentasiyanın azalmasına kömək edir. Bundan əlavə, Benito ultrabənövşəyi şüalara məruz qalmağı dərinin qocalmasının əsas səbəblərindən biri kimi göstərərək günəşdən qoruyucu kremlərdən istifadə etməyi məsləhət görüb.