Bu virusdan geriyə qalan fəsadlar – XƏBƏRDARLIQ
27 fevral 2023 19:48 (UTC +04:00)

Bu virusdan geriyə qalan fəsadlar – XƏBƏRDARLIQ

“Qrip olan şəxslərin SARS virusuna tutulması daha təhlükəlidir”. 

Lent.az xəbər verir ki, bu sözləri tibb elmləri namizədi Andrey Kondraxin  deyib. 

Onun sözlərinə görə, virusa tutulub, sağaldıqdan sonra dərhal sevinməmək lazımdır. 

“Bəzi şəxslər virusdan qurtulduqdan sonra rahat davranmağa başlayırlar. Amma əslində sağaldıqdan sonra da diqqətli olunmalıdır və xəstəliyə qarşı həssas davranılmalıdır. Çünki bu virusun fəsadları bəzi hallarda sonradan üzə çıxır. Əlamətlər dərhal aşkar edilmir. Sağaldığınızı düşündükdən sonra yorğunluq, öskürək və zəiflik kimi əlamətlərə mütləq fikir verilməlidir”, -həkim vurğulayıb. 

Kondraxinin sözlərinə görə, əgər sözügedən əlamətlər 2 həftə və ya ondan çox müddətdə davam edirsə, deməli, xəstəliyin xroniki olma ehtimalı yüksəkdir. 

Mütəxəssis belə hallarda dərhal həkimə müraciət edilməyin vacibliyini vurğulayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Sevinc Fərid

Oxşar yazılar