Bu qidalar ürək xəstəliklərinin qarşısını alır
23 aprel 2021 09:44 (UTC +04:00)

Bu qidalar ürək xəstəliklərinin qarşısını alır

Çay və alma ürək xəstəliklərinin qarşısını ala bilər.

Lent.az xəbər verir ki, İngiltərədə aparılan genişmiqyaslı araşdırmalar çay içməyin və alma yeməyin ürək xəstəliklərinin qarşısını ala biləcəyini ortaya çıxarıb.

Nəticələri "Scientific Reports" jurnalında dərc olunan araşdırma çərçivəsində, Norfolkdakı Avropa Xərçəng Tədqiqatı çərçivəsində 20 ildən çox müddətdə təqib olunan 25618 insanın qidalanma vərdişləri qiymətləndirilib.

Reading və Kembric universitetlərinin mütəxəssisləri də daxil olmaqla beynəlxalq tədqiqat qrup tərəfindən aparılan araşdırma, iştirakçıların menyusunda flavanol olduğunu hesablayıb. Tədqiqatda kakao, çay, qoz-fındıq, giləmeyvə və alma kimi flavanolla zəngin qidaların qan təzyiqini aşağı salaraq ürək xəstəliklərinin qarşısını ala biləcəyi müşahidə edilib:

“Araşdırmamızda, flavanol qəbulu ilə aşağı qan təzyiqi arasındakı əhəmiyyətli  bir əlaqəni görməkdən məmnun olduq. Bu araşdırma qidalanma ilə bağlı əvvəlki araşdırmaların nəticələrini təsdiqləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Oxşar yazılar