Yüksək təzyiq bir çox insanda müşahidə edilən xəstəlikdir. Artıq çəki, sağlam qidalanmamaq, stress və ürək problemləri yüksək təzyiqin yaranması üçün şərait yaradır.
Dünya standartlarında 120/80 mm civə sütunu qan təzyiqi göstəricisi normal təzyiq hesab olunur. Bu standartlara görə normal olsa da, hər bir insanın yaşına, çəkisinə görə də fərqlənə bilər. Ancaq bu standartlardan təzyiq yuxarıdırsa, bu, yüksək təzyiq hesab olunur.
Maraqlıdır, yüksək təzyiqi olan şəxslər hansı qidalara diqqət etməlidir?
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, yüksək təzyiqli insanlar həddindən artıq yağlı və qızardılmış qidalardan uzaq durmalıdır.
Onun sözlərinə görə, eyni zamanda qoyun əti hədindən artıq yağlı və kalorili qida hesab olunduğu üçün təzyiqi olan şəxslər üçün təhlükəli ola bilər:
“Qoyun ətini həftədə iki dəfədə 150 qramdan çox qəbul etdikdə ürək damar xəstəliklərinin yaranmasına səbəb ola bilər”.