Tanzaniyanın şimal-qərbində naməlum yoluxucu xəstəlik aşkarlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, artıq infeksiyadan 5 ölüm faktı qeydə alınıb və zərərçəkən ərazilərə operativ reaksiya qrupu göndərilib.
Xəstəliyə yoluxanların qızdırma, qusma, qanaxma və qaraciyər çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
Həkimlər yeddi nəfərdə müvafiq simptomları müəyyən ediblər.