Ətir qoxusu sağlam insanda psixi pozğunluq yarada bilməz.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu psixiatr Vladimir Fainzilberq deyib.
Həkimin fikrincə, ətir yalnız onsuz da mövcud olan psixi pozğunluğu daha da şiddətləndirə bilər.
Bununla belə, psixiatr qeyd edib ki, ətirin tərkibində narkotikə bənzər təsirə malik xüsusi əlavə edilmiş təhlükəli dərman varsa, nəfəs aldıqda qısa müddətli psixi pozğunluq yarana bilər.