Bu dərmanla ömrünüzü  UZADA BİLƏRSİNİZ
01 sentyabr 2022 09:09 (UTC +04:00)

Bu dərmanla ömrünüzü UZADA BİLƏRSİNİZ

Maks Plank adına Yaşlanma Biologiyası İnstitutunun alman alimləri “Rapamisin” adlı dərmanı tədqiq edərək, düzgün istifadə edildiyi təqdirdə ömrü uzata biləcəyini bildiriblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, həkimlər 50 ildən çoxdur ki, orqanların imtina edilməsinin qarşısını almaq üçün immunosupressantdan istifadə edirlər.

O, meyvə milçəklərinə, qurdlara və siçanlara öz "cavanlaşdırıcı" təsirini göstərib. Məlum olub ki, “Rapamisin”in həyatın ilk günlərində milçəklərə yeridilməsi dərmanın ömürlük istifadəsi qədər effektlidir.

Lakin onun sonrakı həyatda istifadəsi o qədər də təsirli deyil. Və çox gec yaşda “Rapamisin”in istifadəsi heç bir nəticə vermir.

“Nəticələrimiz göstərir ki, gənclik dövründə “Rapamisin”in qısamüddətli istifadəsi gözlənilən ömür müddətini əhəmiyyətli dərəcədə artıra bilər. Əlbəttə, indiyədək aparılan təcrübələr meyvə milçəklərinin və siçanların tədqiqinə yönəlib, lakin gələcəkdə bu tədqiqatın nəticələri insanlar üçün də tətbiq oluna bilər”, - ekspertlər bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3531
avatar

Oxşar yazılar