Yeməkləri sonraya saxlamaq israfın qarşısını almaq üçün yaxşı seçim olsa da, bəzi qidalar sağlamlıq üçün təhlükə yaradır. Belə qidalar mədə ağrısı, həzm pozğunluğu və hətta qida zəhərlənməsinə gətirib çıxara bilər.
Lent.az sizə yenidən qızdırıldıqda diqqət etməli olduğunuz 7 qidanı təqdim edir:
Göbələk
Lif və vitaminlərlə zəngin olan göbələkləri bişmiş halda da yemək olur. Amma onların tərkibində zədələnə bilən zülallar da var. Buna görə də, bir neçə saat otaq temperaturunda qalan göbələklərin yenidən qızdırılması həzm problemlərinə səbəb ola bilər.
Toyuq
Artıq qalan toyuq ətini saxlayıb və daha sonra yemək istəyirsinizsə, onu soyuq yemək daha məsləhətlidir. Yenidən isitmə zamanı, xüsusilə sobada qızdırdıqda toyuqda toplanan bakteriyalar daha da canlanır.
Kartof
Kartofu otaq temperaturunda saxlamaq olmaz. Çünki kartof soyuducuda olmazsa, onun tərkibində botulizm yarada bilən bakteriyalar ola bilər. Soyuducuda saxladıqda belə qızdırılması məsləhət görülmür.
Düyü
Qızdırıldıqda risk altında olan qidalardan biri də düyüdür. Onun tərkibində “Bacillus Cereus” adı ilə tanınan bakteriyalar vardır ki, bu da istiliyə davamlı deyil. Buna görə də düyü bişirildikdən sonra yeyilməlidir.
Dəniz məhsulları
Dəniz məhsulları bədən üçün faydalı olan zülal və minerallarla zəngindir. Amma bu qidalar dondurucuda saxlandıqdan sonra dərhal yeyilməsi üçün bişirilməlidir. Dəniz məhsulları otaq temperaturunda saxlandıqda qida zəhərlənməsinə səbəb olan bakteriyalar yarada bilər.
İspanaq
Dəmir və antioksidantlarla zəngin olan ispanaq orqanizm üçün faydalı qidadır. Bununla belə, onun tünd yaşıl yarpaqlarında yüksək miqdarda nitrat var ki, bu da otaq temperaturunda saxlandıqda nitritə çevrilə bilər. Həmin bu nitritlər qanda olan hemoqlobinin artmasına, dərinin və selikli qişaların rənginin dəyişməsinə, nadir hallarda isə ölümə səbəb ola bilər.
Yumurta
Qaynadılmış, qızardılmış yumurtanı sonradan istifadə üçün saxlamaq olmaz. Çünki yumurta saxlandıqda tərkibində müxtəlif mikroorqanizmlər inkişaf edə bilər. Başqa bir araşdırmaya görə, qaynadılmış yumurtanı mikrodalğalı sobada qızdırdığınız zaman, o radiasiyanın təsiri ilə qabarmağa və partlamağa başlayır. Daha sonra çəngəl və ya bıçaq daxil edildikdə isə ciddi yanıqlara səbəb ola bilər.