Böyrək niyə sancır? –“Haran ağrıyır?”
19 yanvar 2021 15:51 (UTC +04:00)

Böyrək niyə sancır? –“Haran ağrıyır?”

Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız da var? Fərqi yoxdur, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.

Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan "Haran ağrıyır?" rubrikasında növbəti məqaləni təqdim edir:

“Haran ağrıyır?” da bu dəfə böyrək ağrısından həkim uroloq-androloq Pərviz Mürsəlov danışacaq. Böyrək niyə ağrıyır? Hansı ağrıları böyrək ağrısı kimi tanıyırıq və bu ağrılardan necə azad ola bilərik? 

Həkimin dediyinə görə, böyrək mənşəli ağrılar əsasən bel nahiyəsində, qabırğa altı sahədə olur: “Sidik axarının patologiyalarında ağrılar böyrək nahiyəsindən başlayaraq qarın, qasıq və bud nahiyəsinə, cinsiyyət orqanlarına vurur. Ağrılar daimi küt və sancı kimi ola bilər. Sancı kimi ağrı baş verdikdə bəzən  xəstələrdə ürəkbulanma, qusma baş verir, xəstənin nəbzi tezləşir, hərarəti yüksəlir. Sidik böyrəkdən kisəyə axır. Bu axımın hər hansı bir səbəbdən pozulması nəticəsində böyrəyin kasa-ləyən sistemində genişlənmə yaranır. Böyrək sancısının əsas səbəbi də məhz bu genişlənmədir. Böyrək sancısının ən çox müşahidə olunan səbəbi böyrək ləyəni daşları və sidik axarı daşları  səbəbi ilə sidik axımının pozulmasıdır.”

Həkim bildirir ki, böyrəyin iltihabı xəstəliklərində böyrək kapsulunda gərilmə gərginlik olduğu üçün ağrı yaranır və bu zaman ağrı əsasən küt şəklidə olur: “Anadangəlmə hidronefroz,  böyrək ləyəni və sidik axarlarının ətrafdan böyrək kistası, böyrək şişləri, böyümüş limfa düyünləri, qonşu orqanlarının şişləri tərəfindən sıxılması,  böyrək travması, böyrək sallanması, böyrək vərəmi və s. ağrılar onu böyrək ağrısı kimi “təqdim” edir. Çox vaxt böyrək ağrıları bel, onurğa, əzələ, qabırğaarası  sinirlərin  ağrıları  ilə qarışıq salınır. Böyrək ağrılarını  qaraciyər, öd kisəsi, onikibarmaq bağırsaq, mədəaltı vəzi, yoğun bağırsaq kimi qonşu qarın boşluğu  orqanlarının ağrılarından da fərqləndirmək lazımdır.”

Həkim qarın boşluğu orqanlarının ağrıları zamanı xəstəni əsasən arxası üstə uztmağı məsləhət görür: “Bu halda ağrılar azalır. Böyrək ağrıları zamanı isə  xəstə hərəkət halında olmağa çalışar və ağrı bölgəsini əl ilə tutur. Böyrək xəstəlikləri zamanı xəstəliyə diaqnoz qoymaq üçün kompüter tomoqrafiyası, USM, labarator və digər müayinələrin nəticələri əsas götürülür. Böyrək ağrısı olduğu zaman mütləq həkim uroloqa müraciət etmək lazımdır.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9546
avatar

Nigar Adil

Oxşar yazılar