Bir milyarddan çox insan vəbaya yoluxma riski altındadır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Filipp Barbosa deyib.
Onun sözlərinə görə, son bir həftə ərzində üç ölkədə xəstəliyin yeni yayılması barədə məlumat verilib və onların ümumi sayı 22-yə çatıb.
ÜST ekspertlərinin məlumatına görə, 43 ölkədə 1 milyarddan çox insan bilavasitə vəbaya yoluxma riski altındadır.
Barbosa, 2022-ci ildə 2021-ci ilə nisbətən 50 faiz daha çox vəba xəstəliyinin yaşandığına diqqət çəkib. Yoxsulluq, qarşıdurmalar və təbii fəlakətlər hazırda iqlim dəyişikliyi ilə daha da şiddətlənən epidemiyaları gücləndirməyə davam edir.
Barbosa "ölüm nisbətlərinin son on ildə ən yüksək olduğu" faktına da diqqət çəkib.