Bayramda necə qidalanmalıyıq? – MÜTƏXƏSSİS AÇIQLADI
14 mart 2023 09:23 (UTC +04:00)

Bayramda necə qidalanmalıyıq? – MÜTƏXƏSSİS AÇIQLADI

“Bayramlarda, toy və ad günü məclislərində gündəlik qida normasından artıq qəbul olunan qida orqanizmdə bir çox sağlamlıq problemlərinə yol açır”. 

Bu sözləri Lent.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu problem özünü öncə həzm sistemində göstərsə də, daha sonra artıq daxili orqanların funksiyasının pozulması ilə büruzə verir:

“Mütləq şəkildə toy, bayram və digər özəl günlərdə qidalanma vərdişi pozulmamalıdır. Belə olduqda orqanizm də heç bir sağlamlıq problemləri ilə də üzləşməz. Ancaq həddindən artıq yemək yedikdə qida həzm olunmur, mədə daha çox fəaliyyət göstərir və yorulur. Nəticə etibarilə həzmsizlik, şişkinlik mədədə yanma və ya ağrı kimi şikayətlər olur. Həmçinin insanlarda normal olaraq doyma duyğusunda pozğunluq olur. Bəzi insanlar yeməyi çox çeynəmədən, böyük parçalar udur. Bununla da həmin qidaların tərkibindəki faydalı elementlərdən orqanizm yararlana bilmir. Bu davamlı olduqda artıq xroniki bir hala çevrilir. Bu da yavaş-yavaş həzm problemlərinə, piylənməyə, şəkərli diabetə gətirib çıxardır. Buna görə də qarşıdan gələn bayram günlərində də lazımi miqdarda qida qəbul etmək lazımdır”. 

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bayramda istehlak ediləcək qədər salat hazırlanmalıdır:

“Həmin salatlar bəzən günlərlə qalır və istehlak edilir. Bu insan orqanizmi üçün çox təhlükəlidir. Hazırlanan salat 5-6 saat ərzində istehlak edilməlidir. Bundan başqa əsas yemək üçün bir çeşid hazırlanmalıdır. Çünki bir-iki növ yemək bişirdikdə yeyilmir. Köhnə bişirilmiş yemək dəfələrlə isidilib istehlak edildikdə baş ağrısı, ürək bulanma kimi şikayətlər olur. 
Novruz bayramını şəkərbura və paxlava kimi şirniyyatlarsız təsəvvür etmək olmaz. Adətən şirniyyatların günün birinci yarısında qəbul olunması məsləhətlidir. Çünki bu bizim orqanizmimizə gün ərzində enerji vermiş olur. Xüsusilə Novruz şirniyyatlarından - qoğal, paxlava, şəkərburanın eyni anda qəbul edilməsi də düzgün deyil. Bunlar isə əsas yeməklərin arasında qəbul oluna bilər. Gün ərzində 1-2 ədəddən artığı məsləhətli deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394
avatar

Arzu Qurbanlı

Oxşar yazılar