Bu yaxınlarda Rusiyanın 74 regionunda "donuz qripi"nə yoluxma qeydə alınıb. Rusiyanın Azərbaycanla qonşu olduğunu və iki ölkə arasında gediş-gəlişin çox olduğunu nəzərə alsaq, "donuz qripi"nə yoluxma ilə bağlı Azərbaycanda da narahatlığa əsas var.
Maraqlıdır, görəsən, Azərbaycanda "donuz qripi" ilə bağlı vəziyyət necədir? İndiyədək bu virusa yoluxma qeydə alınıbmı?
Lent.az-ın məsələ ilə bağlı sorğusuna Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır:
“Azərbaycanda hələ ki "donuz qripi" qeydə alınmayıb. Hazırda qeydə alınan xəstəliklər kəskin respirator xəstəliklər və mövsümü qrip virusudur”.