Astma xəstəliyi üçün D vitaminin faydaları təkzib edilib.
Lent.az xəbər verir ki, bu barədə “Cochrane Database of Systematic Reviews” nəşri məlumat yayıb.
Edinburq Universitetinin mütəxəssisləri yeni bir araşdırma keçirib.
Araşdırma zamanı ümumilikdə 1155 uşaq və 1070 yetkin astması olan pasiyentin nəticələri təhlil edilib. Xəstələrin astması əsasən yüngül və orta dərəcəli olub.
Vitamin qəbul edən xəstələrin digərləri ilə müqayisəsi göstərib ki, onlar arasında qıcolmaların sayında statistik əhəmiyyətli fərq yoxdur.