Arıqlamağa kömək edən  5 içki
02 fevral 2023 09:14 (UTC +04:00)

Arıqlamağa kömək edən 5 içki

Dietoloq Rohini Patil arıqlamağa kömək edən 5 içkinin adını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tərkibində zəncəfil detoks çayı həzmi yaxşılaşdırmağa kömək edir.

Həmin 5 içkini təqdim edirik:

1. Tərkibində dandelion, zəncəfil və biyan kökü olan detoks çayı həzmi yaxşılaşdırmağa kömək edir.

2. Sarıkok ilə isti su. “Günə başlamaq üçün sarıkök tozunu isti su və bir az bal və ya limonla qarışdırın. Sarıkök ilə su həzmə kömək edir, maddələr mübadiləsini sürətləndirir, həmçinin şişkinliyi azaltmağa kömək edir", həkim izah edib.

3. Ərimiş yağ ilə su. Rohini Patilin sözlərinə görə, bu birləşmə sağlam yağlarla zəngindir, həzmə kömək edir, həmçinin toxluq hissini uzadır.

4. Alma sirkəsi, bal və limon suyu . Dietoloqun sözlərinə görə, bu içki şişkinliyi azaldır, yağların parçalanmasını təşviq edir və qan şəkərinin səviyyəsini aşağı salır.

5. C vitamini ilə zəngin limonlu su. "Səhər limonlu su içmək toksinləri atmağa və həzmi asanlaşdırmağa kömək edə bilər", - Patil deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Arzu Qurbanlı

Oxşar yazılar