Ukraynaya növbəti humanitar yardım  yola salındı
15 avqust 2025 14:12 (UTC +04:00)

Ukraynaya növbəti humanitar yardım yola salındı

0

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarından ibarət yükün ikinci hissəsi yola salınıb.

Lent.az xəbər verir ki, yardım yük maşınları vasitəsilə Sumqayıt Texnologiyalar Parkından göndərilib.

Humanitar yardım 9 yük maşını ilə yola salınıb.

Qeyd edək ki, Ukraynaya humanitar yardımın göstərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilib.

Xatırladaq ki, yardımın birinci hissəsi avqustun 13-də 10 yük maşınından ibarət karvanla yola salınıb.

Humanitar yardımın tərkibinə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 7 dəst transformator və 25 generator daxildir.

Yardımın ümumi dəyəri 2 milyon dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2216

Oxşar yazılar