Qocaların qisası... - Böyük Manipulyator
15 avqust 2025 12:49 (UTC +04:00)

Qocaların qisası... - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

42-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

“KÖHNƏ DÜNYADAN” DƏSTƏK

Bu simvolik bir şeydir: prezidentliyə namizədliyini elan edəndən sonra "Hərəkətdə!" hərəkatının namizədi seçki kampaniyasındakı ilk səfəri üçün Marsel şəhərini seçir. Belə ki, noyabrın 17 və 18-də o, Bouches-du-Rhône departamentinə təşrif gətirir. Marseldə şəhərin meri Jan-Noel Qerininin çevrəsindəki deputatlar və rəsmi adamlar tərəfindən qarşılanır. Sosialistlərin biri rişxəndlə qeyd edir ki: “Makroniya depressivlər məclisidir...”. Marsel şəhərinin yaxınlığındakı Penn-Mirabo qəsəbəsində Makronun seçicilərlə görüşü təşkil edilir. Bu qəsəbənin meri senator Mişel Amieldir. (Gələcəkdə bu adam LREM (Respublika Hərəkətdə) partiyasının senatoru olacaq.) Makronun seçicilərlə görüşünü təşkil edənlər arasında, Marselin meri Jan-Noel Qerininin digər yaxın adamları da gözə dəyir: məsələn Velo şəhərinin meri, deputat Jan-Pier Maqqi... Qəribədir ki, bu adam bir neçə aydan sonra, yəni 2016-cı ilin əvvəlində ictimai vəsaitlərin mənimsənməsində, favoritizmdə, əliəyrilikdə və tərəfk eşlikdə ittiham olunacaq. Makron, həmçinin, əvvəllər Marselin merinə yaxın olan sosialist senator Samia Qali ilə də görüşür. Jurnalistlərin sualları qarşısında Emmanuel Makronun namizəd kimi bu ilk səfərinin təşkilatçıları Korin Versini və Kristof Kastaner (Hər ikisi "Hərəkətdə!" hərəkatının üzvləridir) pərtliklərini gizlədə bilmirlər. Makron isə özünü elə aparır ki, guya bu boyda problemi görmür: “Xeyr, cənab Jan[1]Noel Qerininin mənim bu regiona səfərimlə heç bir əlaqəsi yoxdur. Heç mən o adamı hələ şəxsən tanımıram, onunla heç vaxt görüşməmişəm. Ancaq mən burda bizə qoşulmaq istəyən çoxlu qadınlar və kişilər görürəm ki, onlar siyasi həyatlarında özlərinə tamamilə başqa öhdəliklər götürmək istəyirlər. Bu məni çox sevindirir, çünki görürəm ki, onlar bizə şəxsi maraq xatirinə yox, mənəvi dəyərlər üçün yaxınlaşırlar. Mən də hamını bu dəyərlərin ətrafında birləşdirmək istəyirəm...”.

Prezident seçkilərinin birinci turundan əvvəl, seçicilərlə görüş çərçivəsində Makron yenə də Marsel şəhərinə qayıdır. Budəfəki yığıncaqda Bouches-du-Rhône departamentinin sosialist federasiyasının keçmiş direktoru, Istre şəhərinin meri, Fransua Bernardini, eləcə də Jan[1]Noel Qerininin və Mişel Amielin keçmiş müttəfiqləri, Marsel şəhərinin 2-ci və 3-cü rayonlarının meri Liset Narduççi və Qran şəhərinin meri İv Vidal da iştirak edir. “Fransa azad respublikadır. Onların da hamı kimi bizim yığıncaqlara gəlib Emmanuel Makronu dəstəkləməyə ixtiyarları var”, – deyə Kristof Kastaner İnfo Marsactu saytında onlara haqq qazandırır. Sonra da əlavə edir ki, (adamın inanmağı gəlmir) “... düzdür, bu adamların içində üç-dörd nəfər var ki, onların işi məhkəmədədir. Ancaq bilirsiniz, Marsel şəhərində məhkəmə tərəfindən ittiham olunmayan deputat tapmaq çətin məsələdir... (?) Bir də ki, bu məsələ bizim (partiyanın) hər şeyi yerli-dibli dəyişmək istəyimizə mane olmur...”. Prezidentliyə namizədin seçicilərlə görüşlərini təşkil edən adamın danışığına bax!.. Yatsan, yuxuna da girməz! Göründüyü kimi, seçki kampaniyası zamanı Makron heç kimdən və heç nədən qorxub-çəkinmədən, həyasızcasına, utanıb-qızarmadan hər şeyə əl atır. Bu iddialı gənc Fransanın cənub-qərb hissəsində də bu əməllərindən qalmır. Xüsusilə Lot departamentində yaxşı xal qazanacaq. 2015-ci ilin oktyabr ayında İqtisadiyyat naziri kimi Makron, departamentin Figeac şəhərində təşkil olunan “gələcəyin sənayesi” mövzusuna həsr olunmuş dəyirmi stol arxasındakı görüşdə iştirak etmişdi. (Onu da qeyd edək ki, bu şəhərdə Airbus şirkətinin subpodratçısı olan Figeac Aero yerləşir). O, hələ bir neçə dəfə də bura gələcək – bir dəfə 2017-ci ilin fevral ayının sonunda prezidentlik kampaniyasının qızğın çağında, bir dəfə də 2019-cu ilin yanvarında bu bölgənin bələdiyyə idarələrinin başçıları ilə görüşmək üçün. Bu səfərlərin bir səbəbi də bu bölgədə Makronu dəstəkləyən ağır çəkili bir siyasət adamının olmasıdır. O da kim olsa, yaxşıdır? Keçmiş sosialist, 1998-2017-ci illər arasında millət vəkili olan, sonradan "Hərəkətdə!" hərəkatının kadrlarından birinə çevrilən Jan Lonay. Bu adam başqa bir baronunun, Pas-de Calais departamentində boya-başa çatmış, əvvəllər Jak Şirakın çevrəsində olan Jan-Pol Delevoyun rəhbərlik etdiyi Milli Sərmayə Komissiyasının (CNI) üzvlərindən biridir. Jan Lonay Lot departamentinin kadrı olsa da, ölkədə çox geniş siyasi və iqtisadi şəbəkəyə malik bir nüfuzlu şəxsiyyətdir. Milli Assambleyanın keçmiş kvestoru (Kvestor – parlamentin məşvərət qrupunun üzvü) olan Lonay, vaxtilə dövlət Müdafiə büdcəsinin, eləcə də Fransanın Merlər Assosiasiyasının (AMF) xəzinədarı olub. Bundan başqa, o, Milli Su Komitəsinin prezidenti, eləcə də bu sektorun nəhəng fiqurları olan Süez və Veolia kimi çoxmillətli şirkətlər birliyinin həmsədridir. 2017-ci ilin iyul ayında bu Jan Lonay David Kolon ilə birlikdə İçməli su faktura və bölgü arasında başlığı altında bir kitab yazıb nəşr elətdirdi. (Faktura – beynəlxalq ticarət təcrübəsində satıcı tərəfi ndən alıcıya təqdim olunan mal və xidmətlərin siyahısı; onların miqdarı və alıcıya təhvil verildiyi qiymət; malların formal xüsusiyyətləri, rəngi çəkisi və s. olan sənəd.) David Kolon isə Veolia şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, başqa sözlə lobbiçidir. Bu atributlar sayəsində, Lonay içməli su sahəsində beynəlxalq səviyyədə qərar qəbul edənlərə müdaxilə etməyə hüququ olan bir adamdır. 2017-ci ilin fevral ayında Emmanuel Makronun Lot departamentinə səfərindən bir neçə gün əvvəl, o, Seneqala səfərə getdi. Prezident seçildikdən sonra Makron ona su şəbəkələrinin yenilənməsi haqqında maliyyə planı qurmağı həvalə etdi. (Bu sahəyə gələcəkdə milyardlarla avro məbləğində investisiyalar tələb olunacaq.) Ona görə də,14 iyul 2018-ci ildə Fransanın Milli Bayramı münasibəti ilə Lot departamentinin kadrı Jan Lonayın, Baş nazir tərəfindən Fəxri Legion Ordeni ilə təltif edilməsi qətiyyən təəccüb doğurmur.

QOCALARIN ORTA YAŞLILARDAN QİSASI

Köhnə siyasətin, köhnə siyasətçilərin içində Makrona qoşulanların arasında, Kot-d’Or departamentindən olan senator Fransua Patriat da var. Vaxtilə Sosialist Partiyasında həmişə Dominik Stros[1]Kanı dəstəkləyən bu adam, indi də Senatda Makronu dəstəkləyir. (!) Ona görə də tamamilə təbiidir ki, Fransua Patriat Milli Assambleyada LREM (Respublika Hərəkətdə Partiyası) qrupunun prezidenti olur. Kantal departamentində isə Makron, Radikal Sol Partiyasının (PRG) tanınmış fiquru Jak Mezardı da öz tərəfi nə çəkir və bu adam, bir müddət onun Ərazi Birliyi naziri kimi fəaliyyət göstərir. Yeri gəlmişkən, Jak Mezard və onun PRG-dən (Radikal Sol Partiyası) olan dostları, əllərinə düşən bu gözlənilməz şansdan bacarıqla istifadə etdilər: belə ki, öz partiyalarından olan Samuel Deqara adlı bir adamın "Hərəkətdə!" qrupunun Milli İnvestisiya Komissiyasının daxilində olmağından istifadə edib, ciddi bir namizədləri olmasa da, öz piyadalarından bir neçəsini müxtəlif seçki dairələrinə soxuşdurur. Əyalətdə özünə lazım olan, ona dəstək ola biləcək adamları iyləyib tapan Makron, bu dəfə Val-d’Uaz departamentinin senatoru, sosialist, keçmiş Müdafiə naziri Alan Rişarddan yapışır. O, LREM (Respublika Hərəkətdə Partiyası) qrupunun bu kadrına yüksək səviyyəli dövlət məmuru Dominik Burla birlikdə, yerli orqanların vergi hesabatını aparmaq kimi çox məsuliyyətli bir iş tapşırır.

Rişard, həmçinin konstitusiya islahatları ilə bağlı müzakirələrdə də iştirak edir. "Hərəkətdə!" qrupunun bir çox üzvlərinin fikrincə, bu təvazökar senator, Makronun yaratdığı hərəkatda çox böyük rol oynayır. Bu adamın ölkənin seçki xəritəsindən çox yaxşı başı çıxdığını hiss edən Makron, istədiyi vaxt ona zəng vurub məsləhət almaqdan çəkinmir...

Bunu çox adam bilmir: Makron Sosialist Partiyasının üzdə olan fiqurlarından biri, uzun müddət Nord-Pa-dö-Kale departamentinin regional şurasının prezidenti olmuş Daniel Perşerona pərəstiş edir. Göründüyü kimi prezidentin əyalət modelləri arasında qüdrəti və əzəməti ilə fərqlənən möhtəşəm bir baron var. Bir şey çox qəribədir ki, “yeni dünya” qurmaq istəyən namizəd, bu istəyinə, hər şeydən əvvəl, yaşlı siyasətçilərin məskən saldıqları ərazilərində çatmaq istəyir. İstər, sağçı olsun, istər, solçu, istər, radikal partiyadan olsun, istər, mərkəzi partiyadan, bu adamların hamısının 60-dan yuxarı yaşları var, onlar Jiskar, Mitt eran kimi prezidentlərin hakimiyyəti dövründə məsul vəzifələrdə çalışıblar. Buna baxmayaraq, bu Mitt erançılardan ibarət solçular şəbəkəsinin və Jiskarçılardan ibarət sağçılar şəbəkəsinin gənc Makrona simpatiyaları var. Niyə? Çünki PS və LR (Sosialistlər və Respublikaçılar) kimi iki böyük ənənəvi partiyanı partladıb darmadağın etmək üçün Makron arxasını onlara söykəyir... onlar da bu iddialı gəncin sayəsində, yenidən qaynar siyasi həyata qayıdıb cavanlıqlarını yadlarına salırlar. Bundan başqa, adlı-sanlı universitetləri, institutları bitirib, onların partiyasında qoçuluq edən, yaslı nəslə hörmət etməyən, özündənrazı və eqoist orta yaşlı siyasətçilərə yaxşı dərs vermək istəyirlər. Makronla bu yaşlı nəslin ittifaqı sonralar daha çox bəhrə verəcək... Belə ki, sağçılar partiyasından olan ağır çəkili siyasətçi, keçmiş Baş nazir Jan-Pier Raff aran, prezident seçkilərinin iki turu arasında Emmanuel Makrona yaxınlaşacaq... və Baş nazir olanda – çevrəsinə yığdığı nüfuzlu şəbəkəsindəki şəxslərin hamısını bu gənc və iddialı namizədə kömək etməyə çağıracaq. Onların arasında 2002-2004-cü illər arasında Raffaranın kabinet direktoru olan – hal hazırda indiki Baş nazir Eduard Filippin kabinet direktoru – Benua Ribado-Düma, eləcə də onun müşaviri Ksavier Şino kimi ağır çəkili siyasətçilər var. Sonralar Jan Pier Raff aranın bu keçmiş əməkdaşları, “yeni dünya” qurmaq istəyən Makron tərəfindən yüksək vəzifələrə təyin olunacaqlar: məsələn, Paris Aeroportunun Direktoru (ADP) Oqustan dö Romanet. (Jan Pier Raffaran Baş nazir olanda, onun kabinet direktorunun keçmiş müavini.) Bir sözlə, Makronun qurduğu “yeni dünyada” elə bir yenilik gözə dəymir. Orta yaşlılar tərəfindən kənara itələnən yaşlı nəsil, yenidən geri qayıdır. “Bu bir növ uduzanların qisasıdır”, – deyə əvvəllər Sosialist Partiyasında olanlardan biri kinayə ilə qeyd edir.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar