Alma sirkəsinin dəri üçün 5 faydası
03 mart 2023 13:40 (UTC +04:00)

Alma sirkəsinin dəri üçün 5 faydası

Alma sirkəsi əsrlər boyu gözəllik məhsulu kimi istifadə edilib. Evdə təbii dəriyə qulluq dedikdə ağıla dərhal alma sirkəsi gəlir. Təbii tonik kimi istifadə olunan sirkənin dəri üçün çox faydaları var. O, dəridəki ləkələri aparır, sızanaqların əmələ gəlməsinin qarşısını alır və yaşlanma əlamətlərini yox edir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alma sirkəsinin dəri üçün ən əsas 5 faydası var. Onları təqdim edirik: 

Alma sirkəsi dərini təmizləyir

Gün ərzində dərinizdə yağ, kir və makiyaj qalıqları toplanır. Alma sirkəsi antibakterial xüsusiyyətləri ilə dərini təmizləyir və yeniləyir. Məsamələrdə çirk yığılmasının qarşısını alır və dərini sıxlaşdırır. 

Axşam dəri təmizləndikdən sonra son dəfə alma sirkəsi və su qarışığını pambıqla dərinizə tətbiq edin. Səhər təmiz və təravətli dəri ilə oyandığınızı görəcəksiniz. 

Alma sirkəsi sızanaqları qurudur və onların yaranmasının qarşısını alır

Çox insan sızanaqlardan narahat olur. Onlar dərinin qüsursuz görünüşünü korlayan əsas səbəblərdən biridir. Mütəmadi olaraq alma sirkəsindən istifadə edərək sızanaq problemindən xilas ola bilərsiniz. Alma sirkəsi dəridə bakteriyaların yaranmasının qarşısını alır. İltihabı aradan qaldırır. Sızanaqları qurudur və onların təkrar yaranmasının qarşısını alır.

Alma sirkəsi dərini yeniləyir

Dərinin səthində yığılan ölü hüceyrələr məsamələrin tıxanmasına səbəb olur. Tıxanmış məsamələr də dəri problemlərini üzə çıxarır.

Üzünüzü alma sirkəsi ilə sildiyiniz zaman dərini ölü hüceyrələrdən xilas edə bilərsiniz.  Alma sirkəsi ən az pilinq qədər xeyirlidir.  

Alma sirkəsi rəng bərabərsizliyini aradan qaldırır

Dərinizdə bir sıra günəş ləkələri yarana bilər. Bu ləkələr üçün bir çox məhsul var. Lakin alma sirkəsinin köməyi ilə bu ləkələri tamamilə yox edə bilərsiniz. O dərini ağardır və təravətləndirir. Dəri tonunu bərabərləşdirən ən yaxşı vasitələrindən biri məhz alma sirkəsidir. 

Alma sirkəsi dərini cavanlaşdırır

Heç kim vaxtından əvvəl qocalmaq istəməz. Dərinizdə yaşlanma izlərini hiss edirsinizsə, alma sirkəsindən istifadə edə bilərsiniz. Bu möcüzəvi sirkənin alfa hidroksid turşuları dərinin daha təravətli və canlı görünməsini təmin edən komponentlər yaradır.

Alma sirkəsi müntəzəm istifadəsi ilə dərini yaşlanma izlərindən təmizləyir, ona daha gənc görünüş verir. Dəri qırışmasını gecikdirir.  Həmçinin dərini yığaraq sallanmasının qarşısını alır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18351
avatar

Sevinc Fərid

Oxşar yazılar