50 yaşdan sonra bu qidalara ÜSTÜNLÜK VERİN
23 iyul 2024 19:10 (UTC +04:00)

50 yaşdan sonra bu qidalara ÜSTÜNLÜK VERİN

Yaş artdıqca bir çox insan osteoporozla qarşılaşır. Həkimlər 50 yaşdan yuxarı insanların pəhrizə kalsiumla zəngin qidaları, məsələn, göyərti və süd məhsulları daxil etməyi məsləhət görürlər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, sümük sıxlığı problemi olan insanların müntəzəm olaraq toyuq yumurtası istehlak etməsi son dərəcə vacibdir.

Araşdırmada 20 mindən çox yaşlı insan iştirak edib. Alimlər 2005-ci ildən 2018-ci ilə qədər olan məlumatları təhlil ediblər.

Nəticələr göstərib ki, gündə ən azı 100 qram yumurta yeyənlərin (orta hesabla iki yumurtadan bir qədər az) bel və omba nahiyələrində sümük mineral sıxlığı əhəmiyyətli dərəcədə yüksəkdir.

Alimlər bunu yumurtanın sümükləri gücləndirən fermentin istehsalına töhfə verməsi ilə əlaqələndirirlər. Yumurta kalsiumun daha yaxşı mənimsənilməsi üçün lazım olan D vitamini ehtiva edir.

Bundan əlavə, yumurta sink, zülal və sümük sağlamlığına ümumi müsbət təsir göstərən bir çox digər minerallarla zəngindir.

Mütəxəssislər deyirlər ki, ən yaxşı yemək omletdir. İstəsəniz üzərinə bir az göyərti, pomidor və ədviyyatlar əlavə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2691
avatar

Arzu Qurbanlı

Oxşar yazılar