Yetkinlik dövründə, uşaqlıqda çox yatan insanlar 30 yaşdan sonra daha az yatırlar.
Lent.az “Nature Communications” saytına istinadən xəbər verir ki, bunu London Universitetinin tədqiqatçıları müəyyən ediblər.
Onların apardığı araşdırmalara görə, yuxu müddəti erkən yetkinlik dövründə, yəni 33 yaşa qədər azalır, 53 yaşında isə yenidən artır. Bildirilir ki, 30 yaşdan 50 yaşa qədər yuxu müddətinin qısalması uşaq baxımı və iş ehtiyacı ilə bağlıdır.
Orta hesabla insanlar gecə 7,01 saat yuxuda olurlar. Qadınlar kişilərlə müqayisədə 7,5 dəqiqə daha çox yatır.
Qeyd edək ki, bu tendensiya hər iki cinsdən olan insanlar üçün, bütün ölkələrdə eyni nəticə verib.