Kembric Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qərara gəliblər ki, gündə 11 dəqiqə sürətli yerimək vaxtsız ölüm riskini azaldır.
Lent.az “British Journal of Sports Medicine” jurnalına istinadən xəbər verir ki, bütün dünyada ölüm səbəbi olaraq ürək damar xəstəlikləri üstünlük təşkil edir.
Gündə 11 dəqiqə (həftədə 75 dəqiqə) sürətli yeriş insult, bəzi xərçəng növləri, şəkər kimi xəstəliklərin qarşısını alır, vaxtsız ölüm riskini 23 faiz azaldır.