Yaddaşınızı yaxşılaşdırmaq istəyirsiniz? Bu 5 qidanı pəhrizinizə daxil edin
18 yanvar 2025 11:03 (UTC +04:00)

Yaddaşınızı yaxşılaşdırmaq istəyirsiniz? Bu 5 qidanı pəhrizinizə daxil edin

Beyinə müsbət təsir edən çoxlu qidalar var. Belə qidaların qəbulu yaddaşı yaxşılaşdırmağa kömək edir. Bunlar hansı qidalardır?

Lent.az yaddaşı yaxşılaşdırmaq üçün bu 5 qidanı sizlərə təqdim edir:

Yağlı balıq
Somon, sardina və digər yağlı balıqlarda omeqa-3 yağ turşuları var.

Moruq
Bu dadlı giləmeyvə beyinə müsbət təsir göstərən antioksidant mənbəyidir. Moruqun orta miqdarda istehlakı neyrodegenerativ xəstəliklərin inkişaf riskini azaldır.

Kök
Bu kök tərəvəzin tərkibində beta-karotin var ki, bu da beynin qocalma prosesini xeyli yavaşladır.

Portağal
Sitrus meyvələri flavonoidlərin əla mənbəyidir. Bu birləşmələr beyin fəaliyyətini yaxşılaşdırır.

Şokolad
Şirniyyat həvəskarları üçün şad xəbər: şokolad yemək yaddaşı yaxşılaşdırmağa da kömək edir. Tünd şokoladdan danışırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar