Axşamdan qalan makaron niyə təhlükəlidir? -  Zəhərə dönür
20 iyun 2021 17:14 (UTC +04:00)

Axşamdan qalan makaron niyə təhlükəlidir? - Zəhərə dönür

Diyetoloqlar hansı makaronun bədən üçün zərərli olmadığını və niyə yenidən qızdırılmaması lazım olduğunu izah ediblər.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, birincisi, bərk buğdanın makaronları sağlamlıq üçün daha faydalıdır.

Qarabaşaq, düyü unundan hazırlanmış makaronlar faydalıdır.

Faydalılığı baxımından bu cür makaron, protein məhsulları və toyuq əti ilə müqayisə edilə bilər.

Buna baxmayaraq, diyetoloqlar bədən quruluşunuzu qorumaq istəyirsinizsə, makaronu günün birinci yarısında yeməyi tövsiyə edirlər.

Onu gecə istifadə etmək yalnız yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalı olacaq.

Fakt budur ki, tərkibində manqan var, mərkəzi sinir sisteminə təsir edir, yuxululuğu artırır.

İkincisi, makaronu təzə yeməli və heç vaxt yenidən qızdırılmamalıdır.

“Səbəb budur ki, onları, xüsusilə mikrodalğalı sobada yenidən qızdırsanız, undakı ən vacib karbohidrat olan nişasta modifikasiya olunur və zəif həzm olunur”, - diyetoloqlar bildirirlər.

Nəticədə, dünənki makaron qızdırılandan sonra artıq nişasta deyil, hüceyrələrdə mutasiyaya səbəb olan və çıxarılması çox çətin olan təhlükəli sərbəst radikallara çevrilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Oxşar yazılar