İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.
Lent.az xəbər verir ki, bu barədə APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.
Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar imzalayıblar.