Prezident Xocavənd şəhərində Dövlət Bayrağını ucaltdı-FOTO -YENİLƏNİB
15 oktyabr 2023 21:49 (UTC +04:00)

Prezident Xocavənd şəhərində Dövlət Bayrağını ucaltdı-FOTO-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Lent.az xəbər verir ki, sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

***

18.34

Xəbərə fotolar əlavə edilib. 

***

saat 17.55

Prezident İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

Lent.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

# 4947
avatar

Oxşar yazılar