İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə gedib - FOTO
15 yanvar 2023 12:43 (UTC +04:00)

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Lent.az xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.

# 4062
avatar

Oxşar yazılar