“Ərzaq böhranı qaçılmazdır və artıq qapıdadır” -  İlham Əliyev
16 iyun 2022 11:31 (UTC +04:00)

“Ərzaq böhranı qaçılmazdır və artıq qapıdadır” - İlham Əliyev

“Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr yüksək qiymətlərə görə çox xoşbəxtdir, bu, yanlış dəyərləndirmədir".

Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, istehsalçı ölkələr stabil enerji bazarının, istehsalçılarla istehlakçılar arasında balansın tərəfdarıdır: “Mən əminəm ki, gündəliyin əsas məsələlərindən biri aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədəki rolu olacaq. Çünki bu qaçılmazdır və bu artıq qapıdadır. Həmçinin beynəlxalq təşkilatlar və aparıcı ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrasiyanın potensial artması ilə məşğul olmalıdırlar. Biz bura istehsalçılarla istehlakçılar arasında qeyri-bərabərliyə səbəb olan enerji bazarlarındakı təxmin edilməyən vəziyyəti də əlavə edə bilərik.

Bu vəziyyət istehsalçıların özləri üçün də risklidir. Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr bu yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlış dəyərləndirmədir. İstehsalçılarla istehlakçılar arasında balans, stabil bazar – istehsalçıların buna ehtiyacı var. Azərbaycanın da iştirak etdiyi “OPEC+”un səyləri buna yönəlib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5657

Oxşar yazılar

Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38
Prezident  Bakı Ekspo Mərkəzində rəsmi açılışda

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda

2 iyun 2025 , 09:51