Səhər yeməyinin vazkeçilməzi olan qayğanağı hər kəs fərqli şəkildə bişirir.
Lent.az xəbər verir ki, sadə görünməsinə baxmayaraq, əslində qayğanağın dadını tutuzdurmaq o qədər də asan deyil.
Dünyaca məşhur aşpaz Ceymi Oliver insanların qayğanağı bişirərkən etdiyi səhvlərdən danışıb.
Onun sözlərinə görə, bir çox insanlar lazımsız inqrediyentlərdən istifadə edərək omleti səhv bişirirlər. O bildirib ki, dadlı omlet hazırlamaq üçün süd və ya qaymağa ehtiyac yoxdur. Əsas odur ki, yumurtaları bir az duz ilə bir qabda yaxşıca döyün.
Daha sonra tava götürün, orta atəşə qoyun və yavaş-yavaş kərə yağı əlavə edin. Sonra yumurtaları tökün və hər beş saniyədə bir spatula ilə tez qarışdırın.
"Bəziləri qayğanağa süd, bəziləri qaymaq əlavə edir. Amma düzgün bişirirsinizsə, bunların heç birinə ehtiyacınız yoxdur", - aşpaz bildirib.
Yumurtaların çox bişməsinin qarşısını almaq da vacibdir və bunun üçün vaxtaşırı qabı yan tərəfə keçirmək kifayətdir. Bu, yumurtaları bişirmək üçün tavanı kifayət qədər isti saxlayacaqdır.