Bir çoxları yeməkdə qabıqlı pomidor sevmir. Bunun üçün pomidorun qabıqlarını soyurlar. Ancaq bu proses bəzilər üçün çətin olur. Daha doğrusu vaxt itkisi yaradır.
Lent.az xəbər verir ki, pomidorları soymağın ən bilinən üsulu onu qaynar suya salıb çıxartmaqdır. Ancaq bundan başqa üsullar da var. Həmin yolları təqdim edirik:
Mikrodalğalı soba
Pomidorları yaxşıca yuyun. Sapın kənarından xaç şəklində kəsik düzəldin. Pomidorlar bir-birinə toxunmamaq üçün düz bir boşqaba qoyulmalıdır. Bu, onların tamamilə istiləşməsinə imkan verəcək. İndi mikrodalğalı sobanı 700 vatt tam gücdə 30-40 saniyə yandırın. Bu, pomidorların qabığını çıxarmaq üçün kifayətdir. Ancaq çalışın pomidorları sobada çox saxlayıb yandırmayasınız.
Sürtgəc
Başqa bir rahat üsul var ki, bu zaman pomidorların qabığını soymağa belə ehtiyac yoxdur. Belə ki, pomidorları iki hissəyə bölün. Daha sonra çöl hissədən tutaraq onu sürtgəcdən keçirin. Lap dibə çatdıqda isə qabığı atın. Budur, pomidor istifadəyə hazırdır.
Beləliklə, qaynar su olmadan pomidorların qabığını tez bir zamanda çıxara bilərsiniz.