Pankek çox asan hazırlana bilən şirniyyat növlərindən biridir. Həmçinin, bu pankeklərə qeyri-adi görünüş vermək də mümkündür. Belə ki, rəngli pankeklər hazırlamaq üçün süni rənglərdən istifadə etmək lazım deyil.
Lent.az xəbər verir ki, pankekin dadını korlamadan təbii məhsullarla rəngləmək mümkündür.
Rəngli pankeklərin alınma yollarını təqdim edirik:
Çəhrayı pankek
Siz çuğundur suyundan istifadə edərək ona bu rəngi verə bilərsiniz.
Sarı pankek
Pankeklərin bu xüsusi rəngə sahib olması üçün xəmirə zərdaçal əlavə etmək lazımdır.
Ancaq ədviyyatın həddindən artıq əlavə edilməməsi vacibdir. Əks halda dad eyni olmayacaq.
Yaşıl pankek
Şirniyyat inqrediyentlərdən biri ispanaq suyu olarsa, o zaman pankekləriniz yaşıl rəngdə olacaq.
Qəhvəyi pankek
Xəmirə az miqdarda kakao əlavə etdikdə pankekləriniz gözəl şokolad rəngi alacaq.
Ancaq hazır qəhvədən istifadə etməməlisiniz.